Yuxarı

Tokio Olimpiadası ləğv oluna bilərmi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının ləğv olunması Olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa Təşkilat Komitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma Oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib.

Axar.az xəbər verir ki, bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

Hazırda Atletlər kəndində həyatın normal məcrada davam etdiyini vurğulayan F.Mansurov bildirib:

“Azərbaycanın Olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə komandamızın əhval-ruhiyyəsi və sağlamlıq durumu qənaətbəxşdir”.

Qeyd edək ki, Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılıb.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Tarix
2021.07.21 / 11:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla