Yuxarı

Bu inamı onların əlindən almağa çalışacağıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sizlərə qələbəni hədiyyə etmək istəyirdik. Amma alınmadı. Futbolçular əziyyət çəkdi. Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, futbolçuların nizam-intizamı yerində olub: "Əks hücumdan sonra Maksim Medvedev qırmızı vərəqə aldı. Cavab matçında qələbə üçün ən yaxşısını etməyə çalışacağıq. Oyuna qədər vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi müdafiədə oynatmışıq. Müdafiəçilər bir-bir sıradan çıxırlar. Belə hal yaşadığımız anı xatırlamıram. Pandemiya dönəmində oxşar hal baş verib. Qarşıdakı görüşə 6-7 gün var".

Qurbanovun sözlərinə görə, komandaların səviyyələri bərabərləşməyə başlayıb: "Bəzən favorit komandalar yaxşı nəticə qazana bilmir. Hansısa zamanda heyəti dəyişmək lazım gəlir. Bu gün də bizdə bu dəyişiklər gedir. Cari mövsümdə hər mövqe üçün futbolçu axtarırıq. Belə olan təqdirdə bu cür nəticələr olur. Rəqib buradan bərabərliklə dönür. Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Bərabərlik onlara inam verəcək. Cavab qarşılaşmasında bu inamı onların əlindən almağa çalışacağıq".

Tarix
2021.07.22 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla