Yuxarı

Tokio-2020: Olimpiya məşəli alovlandırıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio-2020: Olimpiya məşəli alovlandırıldı

15:30

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Axar.az xəbər verir ki, Yaponiya Milli Stadionunda Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir. Açılış mərasimini yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli olimpiya komitələrinin 1 000-dək rəsmi şəxsi tribunadan canlı izləyir.

Açılışda Azərbaycandan 27 nəfərlik heyət iştirak edir. Onların arasında idmançılarla yanaşı, yığmanın şef de-missionu Fərid Mansurov da var.

Azərbaycan nümayəndə heyəti açılış mərasimindəki paradda 5-ci keçəcək. Dövlət bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, avqustun 7-dək davam edəcək Tokio olimpiadasında Azərbaycanın 44 idmançısı qüvvəsini sınayacaq.

***

Yaponiyanın paytaxtı Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

Məşəli ölkənin tanınmış tennisçisi Naomi Osaka yandırıb.

Bununla da olimpiadanın açılış mərasimi yekunlaşıb.

Tarix
2021.07.23 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla