Yuxarı

Finişə çatmayan velosipedçimiz danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Finişə çatmayan velosipedçimiz danışdı

Yarış zamanı birdən-birə irəli çıxdım və uzun müddət ilk 8 idmançı sırasında oldum. Amma bəzi yerlərdə ayağımda qıcolmalar baş verdi. Bu, ya havanın isti olmasından, ya da nədənsə oldu.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan velosipedçisi Elçin Əsədov Tokio-2020 Yay Olimpiya Oyunlarında şosse növündə çıxışını dəyərləndirərkən deyib.

34 yaşlı indiyədək belə halla üzləşmədiyini bildirib: "Bu il 17 000 km məsafəyə velosiped sürmüşəm, çox ağır təlim-məşq toplanışları keçmişəm. Belə olmamalı idi, amma oldu. 26-cı km-də qrup mənə çatdı. 140-km-də isə dala qaldım. Sonra buranın qanunlarına görə bir az dala qaldınsa, 5-6 idmançı olanda koronavirus səbəbindən irə getməyə qoymurlar. Nəticədə hakim bizi dayandırdı".

Əsədov əslində istiyə qarşı çox dözümlü olduğunu xatırladıb: "Bundan əvvəl Məraşekdə 45 dərəcə istidə ikinci olmuşam. Bu, olimpiadaya xal qazanan vaxt gerçəkləşib. Burada alınmadı. Səbəbini bilmirəm. Bəzi şeylər var ki, mən onlara özüm aydınlıq gətirməliyəm".

Təcrübəli velosipedçi yarışı yarımçıq dayandırmasından məyusluğunu gizlətməyib: "Olimpiadaya görə 6-7 kq arıqlamışdım. Nə yazıq ki, alınmadı. İstədiyimə nail olub uğur qazana bilmədim. Üzgünəm, Amma çalışacağam ki, gələcək yarışlarda bayrağımızı yüksəklərdə dalğalandırım".

Tarix
2021.07.25 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla