Yuxarı

Tokio-2020: Bayraqdarlarımız yarışa başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio-2020: Bayraqdarlarımız yarışa başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın dördüncü günündə - iyulun 26-da Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Axar.az xəbər verir ki, atletlərimiz idmanın 5 növündə güclərini sınayacaqlar.

Yarış gününə kişilər arasında triatlon turniri ilə start veriləcək. Yarışda ölkəmizi Rostislav Pevtsov təmsil edəcək.

Qadın qılıncoynadanımız Anna Başta sablya yarışlarında gücünü sınayacaq.

Stend atıcılığı yarışlarında təmsilçimiz Emin Cəfərov medallar uğrunda mübarizə aparacaq.

Taekvondo yarışlarında iki təmsilçimiz dayanq üzərinə çıxacaq. Azərbaycan komandasının bayraqdarı Fəridə Əzizova (67 kq) ABŞ idmançısı Peyc Makferson, Milad Beiqi Harçeqani (80 kq) isə Vei-Tinq Liu (Çin Taypeyi) ilə qarşılaşacaq.

Cüdo yarışlarının üçüncü günüdə bir idmançımız tatamiyə çıxacaq. Kişilərin yarışında mübarizə aparacaq digər bayraqdarımız Rüstəm Orucov (73 kq) Rusiya Olimpiya Komitəsinin idmançısı Musa Moquşkov ilə üz-üzə gələcək.

Tarix
2021.07.26 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla