Yuxarı

Tokio-2020: Daha 3 idmançımız mübarizəyə başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio-2020: Daha 3 idmançımız mübarizəyə başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın altıncı günündə - iyulun 28-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.

Axar.az xəbər verir ki, atletlərimiz idmanın 3 növündə güclərini sınayacaqlar.

Cüdo yarışlarının beşinci günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Məhəmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi Rafael Maçedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edir. Qrup mərhələsinin ikinci turunda badmintonçumuz Danimarka idmançısı Anders Antonsen ilə qarşılaşacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.

Boks yarışlarında təmsilçimiz Alfonso Dominqes (81 kq) ilk döyüşünü keçirəcək. Boksçumuzun səkkizdəbir final mərhələsində rəqibi özbəkistanlı Dilşod Ruzmetov olacaq. Döyüş saat 15:27-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası Tokio-2020-də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu Rio-2016-da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Tarix
2021.07.27 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla