Yuxarı

Tokio-2020: Karateçilərimiz də yola düşdü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan karateçiləri XXXII Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Tokioya yola düşüblər.

Axar.az xəbər verir ki, Bakıdan yola düşən Firdovsi Fərzəliyev və Rafael Ağayevə İstanbulda İrina Zaretska da qoşulacaq. Tokio Olimpiadasının kumite yarışlarında F.Fərzəliyev (67 kq) və R.Ağayevi (75 kq) baş məşqçi Qurban Tağıyev, İ.Zaretskanı (61 kq) isə Denis Morozov müşayiət edəcək.

Avqustun 5-7-də Nippon Budokan mərkəzində keçiriləcək yarışların birinci günündə F.Fərzəliyev yarışa qatılacaq. Ertəsi gün R.Ağayev, avqustun 7-də isə İrina Zaretska mübarizəyə qoşulacaqlar.

Beynəlxalq dərəcəli hakim Cahangir Babayev Olimpiadanın karate yarışlarının idarə olunmasında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarımızla bir yerdə olacaq.

Qeyd edək ki, Olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 10 idmançı 2 qrupda çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçi yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar.

“Tokio-2020” Olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.

Tarix
2021.07.28 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla