Yuxarı

Tokio-2020: İki güləşçimiz mübarizəyə başlayır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio-2020: İki güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Axar.az xəbər verir ki, onlar atıcı Ruslan Lunyov, yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olacaq.

Kiçikçaplı tapançadan kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Lunyov birinci təsnifat mərhələsində 281 xalla 27 idmançı arasında 24-ci yeri tutub. Bu gün ikinci təsnifat mərhələsi və final keçiriləcək. Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək. Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edəcəklər. Hüseynov 1/8 finalda isveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə qarşılaşacaq. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Manolova isə 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.

Tarix
2021.08.02 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla