Yuxarı

Tokio-2020: Daha 4 idmançımız mübarizə aparacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokio-2020: Daha 4 idmançımız mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 12-ci günündə - avqustun 3-də də Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

Axar.az xəbər verir ki, yarış günündə 3 güləşçimiz xalça üzərinə çıxacaq. Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq) və qadın təmsilçimiz Elis Manolova (68 kq) təsəlliverici görüşə çıxacaqlar. R.Hüseynov Tunis idmançısı Lamjed Maafi, E.Manolova isə qırğızıstanlı Mirim Jumanazarova ilə qarşılaşacaq.

Digər yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) isə Olimpiadada ilk görüşünü keçirəcək. İdmançımız kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, dörddəbir finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Üç təkanla tullanma yarışlarında ölkəmizi Nazim Babayev təmsil edəcək. Atletimiz A qrupunda mübarizə aparacaq. Qrupda N.Babayev ilə yanaşı, daha 15 atlet finala vəsiqə qazanmaq üçün yarışacaq.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

Tarix
2021.08.02 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla