Yuxarı

"Neftçi"dən üstünlüyümüz budur - Koskela

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi"dən üstünlüyümüz budur - Koskela

Biz fiziki olaraq, çox yaxşı komandayıq. Əks-hücumlarda daha inamlı çıxış edirik.

Axar.az xəbər verir ki, bunu Finlandiyanın HİK klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında bildirib.

"Komandamızı hər hansı oyuna hazırlayanda rəqibin zəif tərəflərini analiz edirik. Öz hücumçularımıza bu barədə məlumat vermişik. "Neftçi" isə topla daha yaxşı rəftar edir. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Əsas oyunu onların üzərində qururlar", - Koskela vurğulayıb.

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.

Tarix
2021.08.03 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla