Yuxarı

Bu bizə üstünlük verə bilər - "Neftçi"nin baş məşqçisi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maraqlı oyun alındı. Hesaba baxmayaraq, mərhələ iki matçdan ibarətdir. Səfər qolu ləğv olunduqdan sonra bu, bizə üstünlük verə bilər. Səfər matçında hər şeyə sıfırdan başlayacağıq. Hər bir halda xarakterimizi ortaya qoymalı, oradan sərfəli nəticə ilə gəlməliyik. Bunun üçün hər şeyi edəcəyik.

Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis pis oynamadıqlarını bildirib: "Aqil Məmmədov zədələndikdən sonra planımız pozuldu. Buna baxmayaraq, Kamran İbrahimov bu cür matçda çox inamlı oynadı. Bu da komandaya inam verdi. Cavab görüşündə əlimizdən gələni edəcəyik".

Onun sözlərinə görə, sxemin içində oyunçu dəyişiklikləri məcburiyyətdən doğan bir şeydir: "Futbolçuların psixoloji və fiziki durumunu biz daha yaxşı bilirik. Düz deyirsiniz, Emin Mahmudova çox yük düşdü. Emin özü də çox qaçan oyunçudur. Komandamdan razı qaldım. Hər şey yaxşı idi. Oyunun sonlarına doğru futbolçular yorulmuşdu. Ona görə müdafiəyə çəkilmək məcburiyyətində qaldıq. Bəzən rəqib də səni buna məcbiur edir".

Tarix
2021.08.03 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla