Yuxarı

Bəxtimiz gətirdi - "Bazel"in çalışdırıcısı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəxtimiz gətirdi - "Bazel"in çalışdırıcısı

Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. "Qarabağ" bizə qarşı öz potensialını ortaya qoydu.

Axar.az xəbər verir ki, bunu İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

"Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. "Qarabağ" çox güclü rəqibdir. Qrupda yalnız "Kayrat"la bağlı kifayət qədər məlumatım yoxdur. "Omoniya" ilə Kiprdə oynamaq çətin olacaq. "Qarabağ" 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram", - P.Rahmen qeyd edib.

Rahmen nəticədən razı olduğunu söyləyib: "Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də "Qarabağ"ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq".

Tarix
2021.09.16 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla