Yuxarı

Gürcü şahmatçısı “Netflix”i məhkəməyə verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü şahmatçısı “Netflix”i məhkəməyə verdi

Gürcü şahmatçısı Nona Qaprindaşvili “Netflix” film şirkətini “Kraliçanın gedişi” (“The Queen’s Gambit”) serialındakı bir epizoda görə məhkəməyə verib.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın BLB vəkil firmasının vəkili Maya Mçariaşvili deyib.

“Serial efirə çıxandan sonra biz praktiki olaraq bu ittiham üzərində işləyirdik. 1968-ci ildən bəhs edən bir epizodda şərhçi deyir ki, şahmatçı Nona Qaprindaşvili heç vaxt kişi şahmatçılarla qarşılaşmayıb. Bu, düzgün deyil”, - Mçariaşvili bildirib.

İddia tərəfinin sözlərinə görə, 1968-ci ildə Qaprindaşvili dünyanın 50-dən çox şahmatçısı, o cümlədən Draqolyub Velimiroviç, Svetozar Qliqoriç, Boris Spasski və Mixail Talla qarşılaşıb.

Qaprindaşvili hesab edir ki, “Netflix” onu rus şahmatçısı kimi təqdim etməklə təhqirə yol verib.

Qaprindaşvili vurulan mənəvi ziyana görə şirkətdən 5 milyon dollar tələb edir.

Qeyd edək ki, Nona Qaprindaşvili Gürcüstanın Zuqdidi şəhərində anadan olub. İlk çempionluq titulunu 1962-ci ildə qazanan şahmatçı daha sonra 4 dəfə dünyanın ən yaxşı şahmatçısı seçilib. 1982-ci ildə o, “Şahmat Oskarı”nı qazanıb.

Tarix
2021.09.17 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla