Yuxarı

Nurməhəmmədov: Abbasovu bilərəkdən seçmişik!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurməhəmmədov: Abbasovu bilərəkdən seçmişik!

Rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədov atası Abdulmanaf Nurməhəmmədovun xatirə turnirində yeznəsi Şamil Zavurovla azərbaycanlı Nəriman Abbasov arasında keçiriləcək görüşdən gözləntilərini açıqlayıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, məşhur idmançı Zavurovu Abbasovla ciddi döyüşün gözlədiyini söyləyib. O, yaxın qohumu üçün belə çətin rəqibi bilərəkdən seçdiklərini vurğulayıb:

"Biz qalib gəlmək niyyətindəyik. Ağır döyüş gözləyir, qəfəsi qələbə ilə tərk etmək istəyirik. Şamil indiyədək 50 döyüş keçirib, böyük təcrübəyə malikdir. 27 yaşlı Nərimanın isə UFC ilə müqavilə ərəfəsində xeyli yükləndiyini bilirəm. O, əbəs yerə kəmərini üç dəfə müdafiə etməyib. Abbasovun Zavurovla görüşdən sonra okeanın o tayına getmək istədiyini eşitmişəm. Amma Şamilin başqa planları var".

Son döyüşünü keçirəcək Zavurov isə yağlı nöqtə qoymaq və gələcəkdə sakit yaşamaq, ağır məşqlərsiz dincəlmək niyyətini ifadə edib:

"Bilirəm ki, yaxşı rəqibim var. O, çempiondur. 5 raundluq döyüş asan olmayacaq. Özümüzə rəhm etmədən hazırlaşmışıq".

Qeyd edək ki, Nəriman Abbasov - Şamil Zavurov qarşılaşması bu gecə keçiriləcək. Bu, Zavurovun son döyüşü olacaq.

Tarix
2021.09.17 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla