Yuxarı

Bataqlıqda keçirilən dalğıc yarışı – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bataqlıqda Dalğıc Çempionatı ilk keçirildiyi illərdə o qədər diqqət çəkməsə də, bu gün kifayət qədər populyarlaşıb. Hər nə qədər çirkli bir idman növü kimi görünsə də, bu yarışların çox əhəmiyyətli məqsədi var. Belə ki, çempionatdan əldə olunan bütün gəlir xeyriyyə təşkilatına bağışlanır. Bu ənənə hər çempionatda davam etdirilir.

Axar.az xəbər verir ki, ilk dəfə 74 yaşlı Qordon Qrin adlı şəxs turistlərin diqqətini çəkmək üçün bu idman növünü kəşf edib.

Qordon Qrin ilk yarışlarda özü də rəqib kimi turnirlərə qatılıb. İlk dəfə 1976-cı ildə Uelsdə həvəskar səviyyədə keçirilən bu idman növü 1985-ci ildən etibarən peşəkar olaraq Dünya Bataqlıq Dalğıc Çempionatı kimi təşkil edilib.

Yarışlar qadınlar və kişilər olmaqla iki ayrı kateqoriyada təşkil edilir. Digər idman növlərindən çox fərqlənsə də, bataqlıqda dalğıc qaydaları o qədər də mürəkkəb deyil. Əksinə, bu idman növü bir neçə əsas oyun qaydaları üzərində formalaşır. Qaydalar isə çox sadədir:

- Yarışlar düz bataqlıqda təşkil olunur.

- Yarışların məsafəsi 55 metr uzunluğunda bataqlıqlardır. İdmançıların bu məsafəni mümkün qədər tez tamamlamaları gözlənilir.

- Yarışlara qatılan idmançılar dalğıc maskası taxmalıdırlar.

- Müsabiqədə bataqlıqlar bir-birinə yaxın 2 ayrı kanal olaraq seçilir.

- Ən vacib qayda isə klassik üzgüçülük üslublarının qadağan edilməsidir. Bu idman növündə yalnız delfinəbənzər üzgüçülüyə icazə verilir. Bu zaman ayaqları qıvıraraq üzmək tələb olunur.

Qeyd edək ki, Bataqlıqda Dalğıc Çempionatının kişilər arasında dünya rekordçusu 2018-ci ildə Neil Rutter olub. O, 1 dəqiqə 18 saniyəyə üzüb. Qadınlar üzrə isə 2014-cü ildə Kirsti Conson 1 dəqiqə 22 saniyədə üzərək dünya rekordunu qırıb.

Tarix
2021.09.19 / 16:39
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla