Yuxarı

Namiq Ələsgərovun komandası baş məşqçi ilə vidalaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namiq Ələsgərovun komandası baş məşqçi ilə vidalaşdı

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u baş məşqçisi Fateh Tekke ilə yollarını ayırıb.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna I liqada mübarizə aparan komandanın uğursuz çıxışı səbəb olub. Bursa təmsilçisi Tekkenin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib.

"Bursaspor" IV turda bu gün "Tuzlaspor"un qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Meydan sahibləri 33-cü dəqiqədə azlıqda qalıblar. Görüşə start heyətində başlayan Ələskərov 49-cu dəqiqədə komandasına penalti qazandırsa da, topa yaxınlaşan Massimo Bruno fürsəti boşa verib.

Qeyd edək ki, Fatih Tekke avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin olunmuşdu.

Tarix
2021.09.19 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla