Yuxarı

Azərbaycan bodibildinqçisi tarixi uğura imza atdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bodibildinqçisi tarixi uğura imza atdı

Azərbaycan bodibildinqçisi Əliyulla Abbaszadə tarixi uğura imza atıb.

Axar.az xəbər verir ki, təmsilçilərimiz İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold Klassik Avropa” yarışında 3 medal qazanıblar.

Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Əliyulla Abbaszadə bütün rəqiblərini qabaqlayaraq nüfuzlu yarışın qalibi olub. Təmsilçimiz, həmçinin mütləq kateqoriyada bürünc medala yiyələnib. Bu medallar Azərbaycan bodibildinq idmanı tarixində "Arnold Klassik" yarışlarında qazanılan ilk mükafatlardır.

Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olmuşdu.

"Arnold Klassik Avropa" yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.

Tarix
2021.09.19 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla