Yuxarı

"Keşlə" Aslan İsmayılovla bağlı Prokurorluğa müraciət etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keşlə" hüquqşunas Aslan İsmayılovun Feysbukda paytaxt təmsilçisi ilə bağlı yazdığı iddialara münasibət bildirib.

Axar.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun yazdıqlarının həqiqəti əks etdirmədiyi bildirilib.

“Keşlə” və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu” MMC arasında 2017-ci il 23 oktyabrda “İnter Arena”nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanıb, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin “Keşlə Futbol Klubu” MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, “İnter Arena”da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə “Keşlə Futbol Klubu İctimai Birliyi” rəhbərliyi, “Keşlə Futbol Klubu” MMC-nin “İnter PİK” MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:

01.03.2019 – 3,000.00 (üç min) manat

24.07.2019 – 5,000.00 (beş min) manat

21.10.2019 - 3,000.00 (üç min) manat

26.11.2019 - 3,000.00 (üç min) manat

15.04.2020 - 2,000.00 (iki min) manat

10.09.2020 - 1,000.00 (bir min) manat

05.08.2021 - 2,000.00 (iki min) manat

02.09.2021 - 3,000.00 (üç min) manat

20.09.2021 - 3,000.00 (üç min) manat

20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait “Keşlə” klubu tərəfindən hissə-hissə ödənilib", - vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov “İnter PİK” MMC ilə “Keşlə Futbol Klubu İctimai Birliyi” arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib:

"Aslan İsmayılovun “Keşlə” klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik".

Tarix
2021.09.20 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla