Yuxarı

Bakıya heç-heçə üçün gəlməmişik - Berdiyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya heç-heçə üçün gəlməmişik - Berdiyev

Biz heç-heçə üçün gəlməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Qurban Berdiyev Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin lll tur oyunundan əvvəl mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis oyunun taktikası və strategiyası barədə danışmaq istəmədiyini söyləyib: "Sabahkı qarşılaşma maraqlı olacaq. "Qarabağ"ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə ümidlə baxırıq. Rəqib hər il müntəzəm olaraq avrokuboklarda çıxış edir".

Berdiyev braziliyalı hücumçu Vaqner Lavın durumuna da aydınlıq gətirib: "O, Bazel"lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Buna baxmayaraq, sabah meydana çıxmaq şansı var".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.

Tarix
2021.10.20 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla