Yuxarı

İnsanın ən birinci qidası... - Neumovakin

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanın ən birinci qidası... - Neumovakin

Professor İvan Neumıvakin uzunömürlüyün birinci sirrinin suyun qida kimi qəbul edilməsində görür. O, hesab edir ki, insan yeməkdən çox nə qədər su içdiyinə fikir verməlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, sovet kosmonavtlarının həkimi Neumovakinin “Su birinci qidadır” yazısını təqdim edir:

“Hüceyrələr hər gün çimməli və qidalanmalıdır. Bunun üçün onlara su çatdırmaq lazımdır. Məqsəd orqanizmi daxildən şlak, toksinlərdən yumaq, maye balansı yaratmaq, elektrolitləri artırmaqdır. İnsan yayda 2 litr, qışda 1 litr yarım su içməlidir.

Yaxşı olar ki, içdiyiniz suyun pH səviyyəsi 7,4-ə bərabər olsun. Su çiy, filtrdən keçirilmiş, buzlanıb əridilmiş ola bilər. Bunlara əməl edən insan heç vaxt xəstələnmir, orqanizmini qoruyur. Satılan butul sularına zəmanət yoxdur, çünki onların pH səviyyəsini heç kim ölçmür. Su acqarına və yeməkdən 1 saat öncə 1-2 stəkan içilməlidir.

Bədəndə su çatmayanda qan qatılaşır, ürəyin qanı qovmağa gücü çatmır. Bu zaman ilk olaraq baş beyin zərər görür. Qan dövranı pozulur, baş ağrısı, spazm, diqqət, yaddaş pozğunluğu yaranır. Yemək zamanı hər hansı su, maye içmək olmaz, mədə şirəsinin tərkibi pozulur.

Ət xörəyi yedikdən 2 saat sonra su içmək olar. Çay, qəhvə, qazlı sular orqanizmi qurudur, sümükləri əridir. Bir az limon sıxılmış və bal qatılmış su turşu-qələvi mühitini balanslaşdırır”.

Tarix
2021.10.22 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla