Yuxarı

Premyer Liqa: "Qəbələ" "Keşlə"ni məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Premyer Liqa: "Qəbələ" "Keşlə"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, günün yeganə matçında "Keşlə" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. "Qırmızı-qaralar"ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. 38-ci dəqiqədə "Keşlə"nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayı 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də oynanılacaq "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Tarix
2021.10.24 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla