Yuxarı

Qalmaqal: Mahir Emreli yatıb qaldığı üçün iclasa gecikdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqal: Mahir Emreli yatıb qaldığı üçün iclasa gecikdi

Polşa mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə "Legiya"nın sabiq baş məşqçisi Çeslav Mixneviç arasındakı narazılığın detallarını açıqlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hər şey "Lex"ə qarşı Ekstraklasanın XI tur matçından əvvəl baş verib. Məşqçilər heyəti qarşılaşmadan 1 gün öncə rəqibin analizi ilə bağlı toplantı keçirib. İddiaya görə, 24 yaşlı hücumçu yatıb qaldığı üçün iclasa 45 dəqiqə gecikib.

Bundan sonra tərəflər arasında münasibətlər korlanıb. "Legiya"nın "Lex"ə 0:1 hesabı ilə uduzduğu görüşdən sonra 51 yaşlı mütəxəssisin forvardla bağlı səsləndirdiyi tənqidi fikirlər gərginliyi daha da artırıb. Emreli onu qol epizodlarını boşa verməkdə günahlandıran keçmiş baş məşqçisindən inciyib.

Yerli mətbuat həmçinin vurduğu 10 qolla komandanın ən sərrast hücumçusu olan forvardın intizamsızlığının təəccüblə qarşılandığını yazıb:

"Azərbaycanlı futbolçunun bu qədər dəyişməsi təəccüb doğurur. Mixneviç mövsümün əvvəlində onun işinə yanaşmasını çox yüksək qiymətləndirirdi. O, Emrelinin öyrənməyə həvəsli olduğunu və futbolda böyük uğurlar qazanmaq istədiyini söyləmişdi".

Qeyd edək ki, "Legiya" bu gün Çesnav Mixneviçlə yollarını ayırıb. Onu Onu bu vəzifədə əvəzedici komandanın baş məşqçisi Marek Qolebiyevski əvəz edib.

Tarix
2021.10.26 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla