Yuxarı

"Milan" ardıcıl 6-cı qələbəsini qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Milan" ardıcıl 6-cı qələbəsini qazandı

Oktyabrın 26-da futbol üzrə İtaliya A Seriyasının X turunun oyunlarına start verilib.

Axar.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub. Turnir cədvəlinin lideri "Milan" doğma azarkeşlər önündə "Torino" komandasını qəbul edib. "San-Siro" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi matçın 14-cü dəqiqəsində Olivye Jiru olub. Bununla "Milan" A Seriyasında ardıcıl 6-cı qələbəsini qazanıb.

Bu nəticədən sonra "Milan" 28 xalla liderliyini qoruyub. Xallarını 11-ə çatdıran "Torino" isə 13-cü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Salernitana" səfərdə "Venesiya"nı 2:1 hesabı ilə məğlub edib. "Spesiya" - "Genoa" matçında qalib müəyyənləşməyib - 1:1.

Tarix
2021.10.27 / 02:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla