Yuxarı

"Qarabağ" sürətli oyun sərgiləyir - Berq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" sürətli oyun sərgiləyir - Berq

Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq.

Axar.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

Norveçli mütəxəssis bildirib ki, komandasının əlavə motivasiyaya ehtiyacı yoxdur. "Güclü komandayıq, yaxşı azarkeş dəstəyimiz var. Nikoasiyadakı matçın ilk 5 dəqiqəsi bizim üçün çox yaxşı keçmişdi. "Qarabağ"ın qrupda 1 və ya 2-ci yeri tutacağını bilirik. "Qarabağ" əla komandadır. Sabah daha çox qapalı oyuna üstünlük verəcəyik. Əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq".

52 yaşlı baş məşqçinin sözlərinə görə, "Omoniya" üçün hər bir oyun vacibdir: "Daha öncə qarşımıza qrup mərhələsinə vəsiqə qazanmağı məqsəd qoymuşduq. Buna da nail olduq. İndiki məqamda ölkə çempionatı bizim üçün daha önəmlidir. Bununla belə, sabahkı matça barmaqarası yanaşmayacağıq. Evdə İsveçrə "Bazel"inə qarşı yaxşı çıxış etmişdik. Düzdür, bu oyun daha çətin olacaq. Amma meydana uduzmaq üçün çıxmayacağıq".

Mütəxəssis sonda Azərbaycan və Kipr futbolunu müqayisə etmək istəmədiyini deyib: "Yalnız "Qarabağ" haqqında onu deyə bilərəm ki, Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər. Rəqibimiz hücum futbolu və sürətli oyun sərgiləyir. Onların oyunu mənə "Omoniya"nın bir neçə il öncə avrokuboklardakı çıxışını xatırladır".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.

Tarix
2021.11.24 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla