Yuxarı

Qurban Qurbanov heç-heçəni belə şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçuları təbrik etmək istəyirəm. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin "Omoniya" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

"Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram", - Q.Qurbanov qeyd edib.

Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin son qoldakı səhvindən danışıb: "Bu, futbolda nadir görünən epizoddur. Burada Şahruddinin səhvindən çox rəqib futbolçunun ustalığı ön plana çıxdı. Həqiqətən çox gözəl qol alındı. Matçdan sonra qapıçımıza irad bildirmədim. Ona möhkəm olmasını söylədim. Dedim ki, qarşıda yaxşı oyunlarımız var".

Təcrübəli baş məşqçi hakim idarəçiliyi haqqında da fikirlərini bölüşüb: "Düşünürəm ki, bu oyun hakimə böyük təcrübə oldu. İlk dəfə qrup mərhələsi matçını idarə edirdi. Həyəcanı da hiss olunurdu. Qolumuz və penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə də vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaqlar".

Mütəxəssis bütün oyunçularından razı qaldığını sözlərinə əlavə edib: "Təmiz qolumuz qeydə alınmadı. Bu, mənə Avropa Liqasında "İnter"lə oyundakı qolu xatırlatdı. Belə qollar sayılmırsa, nə deyə bilərəm"?

Qurbanov görüşdə bir dəyişiklik etməsinin səbəbini isə hər şeyin axarında getməsi ilə əlaqələndirib. Onun fikrincə, bu cür qarşılaşmalarda əvəzləməyə əl atmaq risklidir: "Bəzən anlaşılmazlıqlar ola bilər. Oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən, dəyişikliyi lazım bilmədik".

Tarix
2021.11.26 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla