Yuxarı

Baş katib təyin olunan qadın dünya çempionumuz kimdir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş katib təyin olunan qadın dünya çempionumuz kimdir?

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

Axar.az Oxu.az-a istinadən xəbər verirki, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub.

46 yaşlı İlahə Qədimova 1992-ci ildə müstəqil Azərbaycana Avropa çempionatının ilk bürünc medalını qazandıran komandanın iki üzvündən biri olub. O, 1992 və 1993-cü ildə 18 yaşadək qız şahmatçılar arasında dünya çempionu olub. 2008-ci ildən aktiv şahmatçı karyerasını başa vuran Qədimovaya 2016-cı ildə FIDE hakimi adı verilib.

Qeyd edək ki, bu gün keçirilən seçkidən sonra prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu federasiyanın bunadək vitse-prezidenti olan Mahir Məmmədov əvəzləyib. Faiq Həsənov federasiyanın I vitse-prezidenti və Seymur Talıbov vitse-prezident kimi işini davam etdirəcək.

Tarix
2021.11.26 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla