Yuxarı

"Neftçi"dən çətin qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi"dən çətin qələbə

19:13

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Axar.az xəbər verir ki, günün ilk oyununda “Sabah” komandası "Keşlə"ni qəbul edib.

"Bank Respublika Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın qollarını dördüncü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. Matçın 47-ci dəqiqəsində Sadio Tounkara fərqi azaldıb.

Bununla da ardıcıl ikinci, son beş turda isə dördüncü qələbəsini qazanan "Sabah" xallarının sayını 14-ə çatdırıb və beşinci pillədə qərarlaşıb. "Keşlə" isə 10 xalla yeddinci sıradadır.

Qeyd edək ki, günün digər matçında "Neftçi" komandası "Səbail"i qəbul edir.

Turun digər iki görüşü noyabrın 28-də və 29-da oynanılacaq. Noyabrın 28-də "Sumqayıt" "Zirə"ni, bir gün sonra isə "Qəbələ" komandası "Qarabağ"ı qəbul edəcək.

***

Günün ikinci matçında "Neftçi" "Səbail"i qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.

Tarix
2021.11.27 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla