Axar.az
Yuxarı

Klublararası dünya çempionatının püşkü atıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Püşkatma tam olaraq aşağıdakı kimidir:

I mərhələ

1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)

II mərhələ

2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)

III mərhələ

3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal

4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi

5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın "Bavariya" klubudur.

Tarix
2021.11.29 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Məmmədyarovdan növbəti qələbə: lider oldu

Mahir Emreli "Başakşəhər"lə anlaşıb - Sabançıoğlu

"Zirə" Polşa komandası ilə qarşılaşdı

Badmintonçumuz belçikalıya məğlub oldu

Şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək

"Neftçi" "Visla" ilə qarşılaşdı

Dünya çempionatının biletləri satışa çıxarıldı

Məmmədyarov bu turnirdə ilk qələbəsini qazandı

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla