Yuxarı

Maqnus Karlsen növbəti qələbəsini qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maqnus Karlsen növbəti qələbəsini qazandı

Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 9-cu turu keçirilib.

Axar.az xəbər verir ki, bir gün istirahətdən sonra keçirilən növbəti turda qara fiqurlarla mübarizə aparan M.Karlsen rəqibi üzərində daha bir qələbə qazanıb.

Bununla da dünya çempionu rusiyalı şahmatçı ilə hesab fərqini daha da artırıb (6:3).

On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Tarix
2021.12.07 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla