Yuxarı

Taleh Ziyadov: Qarşıda duran əsas hədəfimiz budur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə badmintonun təkcə kişilər arasında deyil, qadınlar arasında da inkişaf etdirilməsinə çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının prezidenti seçilən Taleh Ziyadov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Əsas hədəfin ölkəmizdə badmintonun inkişafı, idmanın bu növü üzrə yeni nailiyyətlərin qazanılması və qarşıdakı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan T.Ziyadov bildirib: “Gənclər və yeniyetmələr idmanın bu növü ilə geniş məşğul olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında idmanın bu növünün inkişaf etdirilməsi üçün səy göstərəcəyəm”.

T.Ziyadov azərbaycanlı badmintonçuların qarşıdakı Olimpiya Oyunlarına qatılacaqlarına ümidvar olduğunu qeyd edərək deyib: “Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. 2028-ci il Los-Anceles Olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.

Tarix
2021.12.08 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla