Yuxarı

Simeonenin ən pis nəticələri: Siyahıda "Qarabağ" da var

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simeonenin ən pis nəticələri: Siyahıda "Qarabağ" da var

İspaniyanın "Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeonenin komandadakı ən pis 5 anı bəlli olub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə "90min" nəşri araşdırma aparıb.

5-ci sırada Madrid təmsilçisinin 2017/2018 mövsümündə UEFA Çempionlar Lİqasında qrupdan çıxa bilməməsi göstərilib. Mövsümün yekununda Avropa Liqasının qalibi olan komanda hər iki görüşdə "Qarabağ"ı məğlub edə bilməyib - 0:0;1:1.

4-cü yerdə "Atletiko"nun Çempionlar Liqasındakı növbəti uğursuzluğu yer alıb. Madridlilər 2018/2019 mövsümündə 1/8 final mərhələsində İtaliya "Yuventus"unu evdə 2:0 hesabı ilə üstələsələr də, cavab matçında Kriştianu Ronaldunun het-triki ilə Turin təmsilçisi mərhələ adlayıb.

Argentinalı mütəxəssis ölkə kubokunda da uğursuzluqla üzləşib. Madridlilər 2019/2020 mövsümündə "Kultural Leonesa"ya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Simeonenin komandası 2020/2021 mövsümündə isə "Kornelya" ilə oyunda eyni aqibəti yaşayıb - 0:1.

"Atletiko"nun cari mövsüm La Liqada yaxşı nəticələr göstərməməsi də diqqətdən yayınmayıb. Paytaxt klubunun Superkubokda və kubokda məğlub olduğu, həmçinin turnir cədvəlində "Real Madrid"dən 16 xal geri düşdüyü və çempionluq uğrunda mübarizə aparmadığı vurğulanıb.

Təcrübəli baş məşqçinin ən pis anı Çempionlar Liqasının finalında iki dəfə "Real Madrid"ə məğlub olmasıdır.

Tarix
2022.01.21 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla