Yuxarı

Millimizin baş məşqçisi gürcülərə məğlubiyyəti belə şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin baş məşqçisi gürcülərə məğlubiyyəti belə şərh etdi

Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan edirdi. Bunun nəticəsi olaraq ardıcıl 2 qol vurduq və hesabda üstünlük qazandıq. Oyunçulara dedim ki, müəyyən qədər “dincəlin”, yəni tempi aşağı salın. Çünki passivimizdəki cərimələrimiz də çox idi. Onlar da çox geri çəkildilər. Bəlkə də birinci hissədə bunu başa düşmək olardı, çünki sona yaxın artıq 5 cəriməmiz var idi.

Axar.az xəbər verir ki, bunu futzal üzrə Avropa çempionatının final mərhələsində Gürcüstan yığmasına 2:3 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra deyib.

Braziliyalı mütəxəssis deyib: “Paltardəyişmə otağında tapşırdım ki, səliqəli oynayın, səhvə yol verməyin və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını başa saldım. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Belə deyim də, məğlubiyyətə səbəb etdiyimiz səhvlərimiz oldu. Rəqibimiz də yaxşı oynadı”.

Şanslar hələ bitməyib. Düzdür, vacib oyunda yenildik, amma qarşıda daha 2 matçımız var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey ancaq bizdən də asılı deyil. Gürcüstan millisi ilə Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər gürcülər həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.

Tarix
2022.01.22 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla