Yuxarı

Şevçenko Polşa millisinin baş məşqçisi olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şevçenko Polşa millisinin baş məşqçisi olacaq

İtaliya "Cenoa"sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi olmağa razılıq verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, Polşa Futbol İttifaqı (PZPN) və ukraynalı mütəxəssis bütün şərtləri razılaşdırıb. Şevçenkonun illik maaşı 2,5 milyon avro olacaq. Məbləğin bir hissəsini PZPN, qalanını isə sponsorlar ödəyəcək. Yalnız "Cenoa" ilə müqavilənin pozulma şərtlərini razılaşdırmaq qalıb.

Qeyd edək ki, istefaya göndərilməsinə baxmayaraq, Andrey Şevçenkonun İtaliya klubu ilə sözləşməsi davam etməkdədir. Onun rəhbərliyi altında "Cenoa" 11 oyundan 1 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb. Komanda A Seriyasının heç bir qarşılaşmasında qalib gələ bilməyib.

Polşa yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə səfərdə üz-üzə gələcək. Görüş martın 24-də keçiriləcək.

Tarix
2022.01.23 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla