Yuxarı

Gürcüstan qalib gəldi, millimizin işi daha da çətinləşdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə Avropa çempionatının D qrupunda II tur başlayıb.

Axar.az xəbər verir ki, millimizin də yer aldığı qrupun II turunun ilk matçında Gürcüstan yığması Bosniya və Herseqovina ilə qarşılaşıb.

Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci yarıda 2 qol vuraraq qələbə qazanıblar - 2:1. Bu nəticədən sonra xallarını 6-ya çatdıran kollektiv liderliyə yüksəlib. Xalı olmayan Bosniya və Herseqovina isə sonuncu pillədə yer alır.

Gürcüstan yığması ilk turda Azərbaycana 3:2 hesabı ilə qalib gəlib. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv qrupdakı ikinci sınağında bu gün İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Milli komanda məğlub olacağı halda, qrupdan çıxmaq şanslarını itirəcək.

Qeyd edək ki, İspaniya seçməsi ilk turda Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Tarix
2022.01.26 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla