Yuxarı

"Dinamo" Mahirdən imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dinamo" Mahirdən imtina etdi

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşəhər"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.

Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Tarix
2022.01.28 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla