Yuxarı

Mahir Emreli rəsmən "Dinamo"da

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022.02.02 - 20:45

Polşa "Legiya"sının azərbaycanlı futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçə bilər.

Axar.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

“Dinamo”nun 24 saat ərzində M.Emrelinin transferini açıqlayacağı bildirilib.

Zaqreb təmsilçisi 25 yaşlı hücumçunu İspaniya "Sevilya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunlarına sifariş etmək istəyir.

Qeyd edək ki, daha öncə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun Mahir Emrelinin transferindən imtina etdiyi barədə xəbərlər yayılmışdı.

***

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Report-un əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu bu məqsədlə Zaqrebə yollanıb. O, artıq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"su Xorvatiyanın ən titullu klubu sayılır. "Göylər" 22 dəfə ölkə çempionu, 16 dəfə kubokun sahibi olub. Paytaxt təmsilçisi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb və III təsnifat mərhələsində Mahir Emrelinin sabiq klubu Polşa "Legiya"sını iki oyunun yekununda üstələməyi bacarıb - 1:1, 1:0. Lakin pley-off mərhələsində Moldova "Şerif"i "Dinamo"nu 3:0, 0:0 hesablı hesablarla yenib. Nəticədə Xorvatiya klubu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirib. Bu turnirdə isə H qrupunda 10 xalla 2-ci yeri tutan Damir Krznarın baş məşqçi olduğu kollektiv 1/8 finalda İspaniya "Sevilya"sına rəqib olub.

"Dinamo" ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Tarix
2022.02.03 / 01:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla