Yuxarı

Böyük Dəbilqə: 2 cüdoçumuz finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük Dəbilqə: 2 cüdoçumuz finala yüksəldi

Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Axar.az xəbər verir ki, 90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.

100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhüü (Monqolustan) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.

Tarix
2022.02.06 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla