Yuxarı

Fransadan "Qarabağ"ın matçı ilə bağlı məlumat

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadan "Qarabağ"ın matçı ilə bağlı məlumat

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, oyun zamanı baş verə biləcək insidentlərin qarşısını almaq üçün təkmilləşdirilmiş təhlükəsizlik sistemi hazırlanıb. Ağdam klubunun azarkeşləri üçün xüsusi bilet satışı məntəqəsi fəaliyyət göstərəcək və ciddi mühafizə olunacaq. Həmçinin matçın oynanılacağı "Velodrom" stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da "bufer zona" yaratmaq məqsədi daşıyır.

Bundan başqa, arenanın üzərində dronların uçuşuna və tərəfdarların priotexniki vasitələrdən istifadəsinə qadağa qoyulub.

Təhlükəsizlik ddarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda yerləşdiriləcək. Şəhərin mərkəzində hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı alınacaq, problem yaranarsa, dərhal müdaxilə ediləcək. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.

Həmçinin stadiona gələnlərdən sanitar qaydalara ciddi əməl olunması tələb ediləcək.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Tarix
2022.02.14 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla