Yuxarı

Pekin-2022: Norveç medal sıralamasında liderdir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pekin-2022: Norveç medal sıralamasında liderdir

Norveç yığması Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini qoruyur.

Axar.az xəbər verir ki, Olimpiadanın arxada qalan on bir yarış gününün nəticələrinə əsasən, Norveç yığmasının hesabında 9 qızıl, 5 gümüş və 7 bürünc medal var. İkinci sırada qərarlaşan Almaniya 8 qızıl, 5 gümüş və 2 bürünc medal əldə edib. İlk beşlikdə, həmçinin ABŞ (7, 6, 3), Niderland (6, 4, 2) və Avstriya (5, 6, 4) yığmaları yer alır.

Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında ötən günə nisbətən bir pillə irəliləyib. Hazırda yeddinci yerdə qərarlaşan ÇXR yığması hesabına 5 qızıl, 3 gümüş və 2 bürünc medal yazdırıb. Hələlik yarışlarda yalnız 26 ölkə medal qazana bilib.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.

Tarix
2022.02.15 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla