Yuxarı

Ağdam-Lənkəran qarşıdurması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam-Lənkəran qarşıdurması

Bu gün Topaz Premyer Liqasında IV tura start veriləcək.

Axar.az-ın məlumatına görə, "Kəpəz" AZAL-ı qəbul edəcək.

"İnter" isə "Qəbələ" ilə görüşəcək. Roman Qriqorçukun yetirmələri ilk 3 turdan 7 xal toplayıb və turnir cədvəlinin şərikli liderlərindən biridir. "İnter" isə 4 xal toplaya bilib.

Bu qarşılaşma "bankirlər" üçün qələbə qazanacaqları halda liderlərə çatmaq baxımından çox əhəmiyyətlidir.

Paytaxtda keçiriləcək digər qarşılaşmada isə "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu görüşü turun mərkəzi qarşılaşması adlandırmaq olar. Şübhəsiz ki, matçın favoriti "Qarabağ"dır.

Ancaq "ağ-yaşıllar"ı da hesabdan silmək olmaz. Yunis Hüseynovun komandası bu mövsüm ən pis halda, Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparır.

"Qarabağ"ın bu oyundan 5 gün sonra səfərdə "Tottenhem"lə ağır görüşə çıxacağını nəzərə alsaq, Qurban Qurbanov əsas heyətin bir neçə üzvünə istirahət verə bilər.

Tarix
2015.09.12 / 11:08
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla