Yuxarı

Məmmədyarov yenə ABŞ şahmatçısına uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov yenə ABŞ şahmatçısına uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Axar.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VIII turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 43-cü gedişdə rəqibinə uduzub.

Azərbaycan təmsilçisi VII turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Əvvəlki qarşılaşmalarına gəlincə, o, I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) məğlub olub, II, III, IV və VI turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Tarix
2022.05.13 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla