Yuxarı

Mahirin komandası Xorvatiya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mahirin komandası Xorvatiya çempionu oldu

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su bu mövsüm Xorvatiya Liqasında çempionluğu təmin edib.

Axar.az xəbər verir ki, komanda bu gün 35-ci turda səfərdə "Sibenik"ə 2:0 hesabı ilə qalib gələrək buna nail olub. Bu qələbə ilə xalını 76-ya çatdıran Zaqreb təmsilçisi yarışın bitməsinə 1 tur qalmış ən yaxın izləyicisi “Hayduk” üçün (72 xal) əlçatmaz olub və çempionluğu rəsmiləşdirib. Mahir sözügedən görüşdə sonadək ehtiyatda qalıb.

"Sibenik" - "Dinamo" (Zaqreb) - 0:2

Qollar: Toliç, 40, Boçkay, 53

Beləliklə, "Dinamo" tarixində 23-cü dəfə ölkə çempionu olub. M.Emreli də legioner kimi ilk çempionluğu yaşayıb.

Tarix
2022.05.16 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla