Yuxarı

Çempion "Neftçi"yə qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çempion "Neftçi"yə qalib gəldi

19:04

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün sonuncu turu keçirilib.

Axar.az xəbər verir ki, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.

Paytaxtdakı matçda qapılara qol vurulmayıb. Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.

45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

***

Çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.

Matç “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.

Tarix
2022.05.21 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla