Yuxarı

Prezident vəzifəsi ləğv olunur - "Sumqayıt"da

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident vəzifəsi ləğv olunur - "Sumqayıt"da

Yaxın zamanlarda "Sumqayıt" futbol klubunda struktur dəyişikliyi baş verəcək.

Bu barədə Report-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O, klubda prezident vəzifəsinin Müşahidə Şurası formatında fəaliyyət göstərən digər klublardakı kimi, icraçı direktorla əvəzlənəcəyini bildirib:

"Mən bu məsələni klub rəhbərliyi ilə müzakirə etmişəm. İlin sonunda Ədliyyə Nazirliyində Əsasnaməni dəyişməlidirlər. Ona uyğun da sistem dəyişəcək. Müşahidə Şurası, sədr və icraçı direktor olacaq".

E.Məmmədov Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsində baş vermiş dəyişikliyin kluba hər hansı təsir ehtimallarına da münasibət bildirib. Baş katib bu məsələnin yeni rəhbərlikdən asılı olduğunu söyləyib: "İcra başçısının müavini Elgin Həbibullayev "Sumqayıt"ın Müşahidə Şurasında yer alır. Təbii ki, icra başçıları futbola böyük həvəslə yanaşsalar, həmin bölgədə futbol tez inkişaf edər".

Qeyd edək ki, hazırda "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyev çalışır.

Tarix
2015.09.22 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla