Əli Əsədov yeni qərar imzaladı
16:50
Ana səhifə İdman |
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Axar.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 10-cu turda qara fiqurlarla FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib.
Rəcəbov turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində heç-heçə edib. Beləliklə, xalını 4,5-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.
Tarix
2022.06.30 / 00:53
|
Müəllif
Axar.az
|