Yuxarı

Velosipedlə Füzuli limanından Şuşaya gedəcəklər - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Əziz Şuşa” adlı beynəlxalq yarışda iştirak edəcək velosipedçilərin sayı açıqlanıb.

Nazirliyin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, iki gün davam edəcək turnirdə 10 ölkədən ümumilikdə 80-dək idmançı mübarizə aparacaq.

İyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu raundda velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə yarışacaqlar.

İyulun 10-da gerçəkləşəcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Turnir Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil olunacaq. Yarışdan öncə və sonra beynəlxalq velotura həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Artıq yarışın tanıtım videosu da yayımlanıb. Həmin video-çarxı təqdim edirik:

Tarix
2022.07.06 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla