Yuxarı

İsveç klubu Liviya dövləti ilə müqavilə bağladı - Şok!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç klubu Liviya dövləti ilə müqavilə bağladı - Şok!

İsveçin "Ostersunds" klubu Liviya hökuməti ilə 58 milyon avroluq müqavilə imzalayıb.

"Axar.az" xəbər verir ki, bununla da ikinci liqa təmsilçisi bir dövlətlə müqavilə imzalayan ilk klub olub.

Müqaviləyə əsasən "Ostersunds" liviyalı futbolçuların təhsili ilə məşğul olacaq. Liviyadan Avropaya gələcək uşaqlar İsveçin paytaxtı Stokholmun 460 km uzaqlığındakı Ostersundsa gedərək futbolun sirlərini öyrənəcəklər. Burda sadəcə onlar futbolla məşğul olmayacaq. Belə ki, İsveçdə liviyalı uşaqlara kompyuter, ingilis dili və idman idarəçiliyi dərsləri də veriləcək.

Mart ayında başlayacaq layihə çərçivəsində əvvəlcə 60 liviyalı uşaq İsveçə gətiriləcək. Onlar ilin sonunadək bu ölkədə qalacaq. İkinci ildə bu say 250-yə çatdırılacaq.

"Ostersunds"un prezidenti Daniel Kindberq müqavilə ilə bağlı danışarkən "Ölkəmizdə bu günə qədər futbolla bağlı imzalanmış ən böyük müqaviləyə imza atdıq" deyib.

Bu klubun hazırda illik büdcəsi 2,5 milyon avrodu. Bu isə İsveç klubunun Liviyadan aldığı 58 milyon avro ilə uzun illər yaşayacağını deməyə əsas verir.

Tarix
2014.01.17 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla