Yuxarı

AFFA-dan ermənilərin təxribatına münasibət

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-dan ermənilərin təxribatına münasibət

AFFA İrəvanda Azərbaycana qarşı edilmiş təxribatdan məlumatlıdır.

Axar.az xəbər verir ki, bunu Report-a çıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla İrəvanda keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Pünik" (Ermənistan) – "Srvena Zvezda" (Serbiya) matçı zamanı erməni azarkeşlərin törətdiyi təxribata münasibət bildirərkən deyib.

9 avqustda keçirilmiş matçda erməni millətçiləri ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart əks etdirib.

Bütün bunlarla bağlı AFFA gün ərzində UEFA-ya müraciət edəcək: "Hüquqi prosedurlara uyğun olaraq AFFA tərəfindən UEFA-ya müvafiq qaydada məlumat ünvanlanacaq. Gün ərzində UEFA-ya bununla bağlı məktub ünvanlayacağıq".

Qeyd edək ki, Zabux kəndi 1992-ci ilin mayında işğal olunub. Bu kəndin ərazisində Azərbaycan tərəfinin alternativ yol tikməsi üçün erməni sakinlərə avqustun 25-dək ərazini boşaltmaq barədə xəbərdarlıq edilib.

Tarix
2022.08.11 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla