Yuxarı

Ramil Quliyev İslamiada rekordunu təzələdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Quliyev İslamiada rekordunu təzələdi

Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Axar.az-ın verdiyi məlumata görə, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.

Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.

Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.

Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb. Onun həyat yoldaşı Yekaterina Quliyev isə 800 metr məsafəyə qaçışda qızıl, 1500 metr məsafəyə və 4X400 metr məsafəyə estafet qaçışında gümüş medal əldə edib.

Tarix
2022.08.12 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla