Yuxarı

Millətlər Kuboku: 5 boksçumuz finalda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millətlər Kuboku: 5 boksçumuz finalda

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər Kubokunda yarımfinal mərhələsi başa çatıb.

Axar.az xəbər verir ki, 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışın bu mərhələsində rinqə çıxan Azərbaycan millisinin 5 üzvünün hər biri qələbə qazanaraq finala yüksəlib.

46 kq çəki dərəcəsində mübarizə aparan Bilal Nəzərov yarımfinalda Maksimillian Plaçetkanı (Çexiya) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Nəzərov finalda komanda yoldaşı Faiq Mollayevlə qarşılaşacaq. Mollayev yarımfinalda Nikolas Bonkdan (Rumıniya) üstün olub - 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28).

50 kq-da Tağı Nəsibov italiyalı Françesko Krusillanı 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, finalda Daniel İrofte (Rumıniya) ilə üz-üzə gələcək.

54 kq-da yer alan Məhəmmədəli Aşırəliyev finala gedən yolda Lukas Kuçera (Çexiya) üzərində 5:0 (30:27, 30:26, 30:27, 30:26, 30:25) hesablı qələbə qazanıb. Boksçu çempionluq üçün Aydar Kadirxanla (Qazaxıstan) qüvvəsini sınayacaq.

57 kq-da Məhəmmədəli Qasımzadə də komanda yoldaşlarının uğurunu davam etdirib. Viktorio İlyevə (Bolqarıstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn idmançı həlledici qarşılaşmada rəqibi Arun Tudoroiu (Rumıniya) ilə görüşəcək.

Tarix
2022.08.14 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla